Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avstraliyada daha bir “Anonymous” iştirakçısı həbs edilib


Avstraliya KİV-nin yaydığı məlumata əsasən, Qərbi Avstraliya polisi bu gün "Anonymous" qrupunun "Microsoft" və "Sony" şirkətlərinin serverlərinə hücumlarda təqsirləndirilən daha bir iştirakçısını həbs edib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, həbs edilmiş 17 yaşlı Dilan Viler həddi-buluğa çatmayıb və onun işinə Avstraliyanın Pert şəhərində yerləşən xüsusi məhkəmədə baxılacaq. Polisin bəyanatında deyilir ki, "Microsoft" və "Sony" şirkətinin resurslarına hücumlar zamanı mütəşəkkil qrupun üzvü Dilan Viler də məxfi məlumatları ələ keçirib.

Emil Hüseynov




27/05/13    Çap et