Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” “Android” əməliyyat sistemi üçün mobil proqramının yeni versiyasını istifadəyə verib


“Skype” şirkəti “Android” əməliyyat sistemi üçün öz mobil proqramının yeni versiyasını istifadəyə verib.
“Skype” videozənglər funksiyasını dəstəkləyən “Android” aparatlarının siyahısını genişləndirib. “Skype 2.1” versiyası 5 istehsalçı (Acer, HTC, LG, Samsung və Sony Ericsson) smartfonlarının 17 modelinin sahiblərinə videozəng etməyə icazə verir.
Dəstəklənən smartfonların tam siyahısını “Skype” bloqunda tapmaq olar. Videozəng funksiyasını digər aparatlarda əgər “Android 2.2” və yuxarı versiya quraşdırılıbsa, istifadə etmək mümkündür. Funksiyanı aktivləşdirmək üçün, “Skype”-ın yeni versiyasını quraşdırmaq, proqram sazlamasına daxil olmaq və "Videozəngləri aktiv et " punktunu seçmək lazımdır. Əgər belə bənd yoxdursa, onda qurğu videoəlaqəni dəstəkləmir.
“Android” smartfonları üçün videozəng funksiyası ilə “Skype” versiyası iyun ayının sonunda çıxıb. O zaman yalnız 4 qurğunun (HTC Desire S, Sony Ericsson Xperia neo, Sony Ericsson Xperia pro və Google Nexus S) videoəlaqəni dəstəklədiyi bildirilmişdi.




04/08/11    Çap et