Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Galaxy Note III” planşetofonu təqdim ediləcək


1 ay sonra “Samsung” şirkətinin keçirəcəyi “Premiere 2013” mətbuat konfransında “Galaxy” seriyasından yeni qurğular nümayiş etdiriləcək. Təqdimat iyunun 20-də Londonda keçiriləcək. “Samsung Mobile”-in “YouTube” kanalında tədbirin canlı yayımını izləmək mümkün olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, səsləndirilmiş versiyalardan birinə görə, iyunun 20-də “Samsung” şirkəti üçüncü nəsil “Galaxy Note” planşetofonunu təqdim edə bilər.

Son məlumatlara görə, o, 13 meqapiksellik təsvirin optik sabitləşməsi funksiyasına malik kamera, 6 düymlü “Full HD” displeyi, dördnüvəli prosessor və 3 QB əməli yaddaşla təchiz olunub.

Emil Hüseynov




29/05/13    Çap et