Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Galaxy S4 Mini” smartfonunun xüsusiyyətləri məlum olub


“Engadget” internet nəşri yazır ki, o, “Galaxy S4 Mini” smartfonunun xüsusiyyətləri ilə tanış olmağa müvəffəq olub.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, adıçəkilən smartfon ikinüvəli “Qualcomm Snapdragon 400” prosessoru, 4.3 düymlü “SuperAMOLED” ekranı və “Android 4.2.2 Jelly Bean” əməliyyat sistemi ilə təchiz edilib. Bundan başqa, “Mini” smartfonu, həmçinin 1,5 QB-lıq yaddaş və 8 meqapiksellik arxa kamera və 2,1 meqapiksellik ön kamera ilə təchiz edilib.

Xatırladaq ki, orijinal “Galaxy S4” aparatı dördnüvəli “Snapdragon 600” prosessoru, 2 QB əməli yaddaş və 13 meqapiksellik kamera ilə təchiz edilib. Qeyri-rəsmi məlumatlara əsasən, “S4 Mini” smartfonu iyunun 20-də Londonda nümayiş etdiriləcək.

Emil Hüseynov




30/05/13    Çap et