Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə internet trafikin təxminən 15%-ni mobil trafik təşkil edib


"D11" konfransının keçirilməsi zamanı "Kleiner Perkins Caufield Byers" vençur fondunun tərəfdaşı Meri Mayker "Internet Trends" illik hesabatını təqdim edib.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, 2012-ci ilin sonunda dünyada təxminən 2,4 milyard internet istifadəçisi qeydə alınıb ki, bu da ötən ilin göstəricisini 8% ötür. Lakin internetə mobil üzərindən daxil olan istifadəçilərin sayı daha yüksək templə artır. 2012-ci ilin sonunda dünyada 1,5 milyard mobil internet istifadəçisi qeydə alınıb.

Artım 36% təşkil edib. Bu halda bütün internet trafikin təxminən 15%-ni mobil trafik təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə bu göstərici 10% olub. 2012-ci ildə, həmçinin smartfonların sayı artıb. Mobil telefonların ümumi sayı 5 milyardı ötüb. 2012-ci ildə internetdə reklam seqmentinə təxminən 37 milyard, mobil reklama isə 4 milyard dollar xərclənib.

Emil Hüseynov




30/05/13    Çap et