Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dilmanc” Azərbaycan dili üçün nitqin tanınması sistemini təqdim edir


“Dilmanc” yaxın vaxtda yeni Azərbaycan dili üçün nitqin tanınması sistemini təqdim edəcək.

“Dilmanc”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu sistem mətni kompüterə mikrofon vasitəsilə daxil etməyə imkan verir. Sistemdə mətn klaviaturada yığılmaq əvəzinə, mikrofona imla şəklində deyilir və sistem vasitəsilə avtomatik yazıya çevrilir.

Bu proqram klaviaturada yığmağa nisbətən 3-4 dəfə sürətli mətn daxil etməyə imkan verməklə yanaşı, klaviatura ilə işləməkdə çətinlik çəkən insanların, həmçinin əlil və görmə qüsuru olan istifadəçilərin işini asanlaşdırır.

Hazırda sistem 1 milyona yaxın söz-forma tanıya bilir və tanıma keyfiyyəti 92%-dən yuxarıdır. Sistemin ilkin versiyası "Dilmanc İmla" ictimai istifadəyə bu günlərdə onlayn rejimdə “www.dilmanc.az” saytında təqdim ediləcək.

Aynur Vəliyeva




31/05/13    Çap et