Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Simsiz internet operator şəbəkəsini təkmilləşdirir


“Sazz İnternet” şəbəkəsinin genişləndirilməsi və problemli ərazilərdə şəbəkənin yaxşılaşdırılması məqsədilə Bakının müəyyən ərazilərində bir sıra işlər görülüb.

“ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, artıq Xırdalan, Binə Ticarət Mərkəzi, Nəriman metrosu, Elmlər Akademiyası metrosu, “3 Koronı” ərazilərində, həmçinin Günəşli qəsəbəsi, 28 May metrosu ərazisi, 8-ci kilometr, Əhmədli, Novxanı, Albalılıq (Maştağa-Buzovna arası) qəsəbələrində şəbəkənin təkmilləşdirilməsi yekunlaşıb. Hazırda həmin ərazilərdəki şəbəkələrdə sıxlıq müşahidə olunmur.

CAHANGİR




01/06/13    Çap et