Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ASUS-dan növbəti netbuk


ASUS şirkəti “Computex 2011” sərgisində Cedar Trail kod adı ilə Intel mobil platformasında ilk netbuklardan birinin xarakteristikalarını açıqlayıb. Cedar Trail tərkibinə 1,6 və 1,86 QHz takt tezliyi ilə 32 nanometrlik Atom N2600 və N2800 prosessorları daxil olacaq. Hər ikisi qrafik kontroller və eyni zamanda 4təlimat axınını emal edə biləcək Hyper-Threading texnologiyası inteqrasiya edilmiş 2 nüvədən ibarət olacaqdır.
ASUS-un yeni netbuku — Eee PC 1025C 1024×600 kəskinlikli 10.1 düyməli displey ilə təchiz olunub. Əməli yaddaş tutumu 2 QB təşkil edir; sərt diskin tutumu isə 500QB-a qədərdir.
Digər xarakteristikalara gəlincə, netbuk simsiz əlaqə kontrollerlərindən Wi-Fi (802.11b/g/n) və Bluetooth, 0.3 meqapiksellik kamera, kard-rider, həmçinin HDM I interfeysə malikdir. Əməliyyat sistemi — Windows 7-dir.
Netbukun qiyməti 250 dollardır.




02/06/11    Çap et