Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan internet mediasında yenilik edilib


Məşhur xəbər portalı “qaynar.info” “Dilmanc” mətnin səsləndirilməsi sistemini öz saytına inteqrasiya edib. “ICTnews” elektron xəbər xidmətinin “Dilmanc”a istinadən verdiyi məlumata görə, Azərbaycan internet mediasında ilk dəfə bu saytda hər bir xəbərin başlığının altında “Səsləndir”düyməsinə basmaqla həmin xəbərin səslənməsinə qulaq asmaq mümkündür.

Bundan əlavə, istifadəçilərə səslənmə faylını mp3 formatında kompüterə endirmək imkanı da yaradılıb.

CAHANGİR




01/06/13    Çap et