Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnsan fikirlərini oxuyan kompüter


Qərbi Ontario Universitetindən olan kanadalı mütəxəssislər insan fikirlərini oxuyan kompüterin yaradılması üzərində çalışırlar. www.meddaily.ru saytının yazdığına görə, kompüter komada olan insanlarla ünsiyyət qurmağa kömək etməlidir.

“ICTnews.az” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, “Hə” və “yox” suallarına köklənmiş beyinin aktivliyini izləməklə fikirləri oxumaq mümkündür. Prinsip etibarilə, bu sadə cavablar həkimlərə kifayət edir. Beyinin zəncirvari aktivliyinin xüsusiyyətlərini aşkar etmək üçün alimlər könüllülərdən ibarət qrupa suallara susaraq, yəni ürəklərində qısa cavab verməyi xahiş ediblər (Misal üçün, “Siz ailəlisiniz?”, “Sizin bacı və qardaşlarınız varmı?”).

Eksperimentdə iştirak edənlərin əksəriyyəti skanetmə aparılarkən öz cavablarını 3 dəqiqə ərzində ötürə biliblər. Bu müddət kompüter interfeysi ilə əlaqə yaratmaq üçün kifayət edib. Hazırda alimlər suallara cavab verməyən, lakin heç də tamamilə vegetativ vəziyyətdə olmayan pasiyentlər üzərində bu metodikanı yoxlayırlar.

Emil Hüseynov




04/06/13    Çap et