Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncədə şəhərdaxili telefon şəbəkəsi yeddi rəqəmli sistemə keçirilib


Gəncədəki ATS-lərin elektronlaşdırılması başa çatdıqdan sonra şəhərdaxili telefon şəbəkəsi 7 rəqəmli sistemə keçirilib. Bu barədə məlumat verən şəhər telekommunikasiya qovşağının baş mühəndisi İsrail Məmmədov bildirib ki, yeniliyin tətbiqində məqsəd gələcəkdə nömrələrin sayının artırılması üçün şərait yaradılması və abonentlərin danışıqlarının sayğac sisteminə keçirilməsini təmin etməkdir.
Onun sözlərinə görə, gələcəkdə sayğac sisteminin tətbiq edilməsi ilə telekommunikasiya qovşağı avadanlıqlarının həddindən artıq yüklənməsinin qarşısını  alacaqdır.
Şəhər telekommunikasiya qovşağının təmsilçisi bununla yanaşı, qərb bölgəsi rayonlarının kodlarında da dəyişiklik edildiyini diqqətə çatdıraraq deyib ki, bundan sonra abonentlər yığdıqları kodun əvvəlinə “2” rəqəmini əlavə edəcəklər.




05/08/11    Çap et