Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Facebook" sosial şəbəkəsinə həddən artıq aludəçilik boşanmaya səbəb ola bilər


Havay və Missuri universitetlərinin psixoloqlarının araşdırmasına əsasən, "Facebook" sosial şəbəkəsinə həddən artıq aludə olmaq tərəflər arasında münasibətlərin korlanmasına və boşanmalara səbəb olur.

"Gün ərzində sosial şəbəkədə bir saat və daha artıq vaxt keçirən şəxslər həyat yoldaşları ilə münasibətlərdə münaqişəli vəziyyət yaratmağa risk edirlər ki, bu da şübhəsiz, münasibətlərin korlanması və ya boşanmaya səbəb ola bilər - alimlər belə hesab edirlər. Rəyi soruşulanların 80%-i etiraf edib ki, onlar həqiqətən "Facebook" sosial şəbəkəsində xeyli vaxt keçirdiklərinə görə həyat yoldaşları ilə mübahisə etməyə başlayıblar. Bundan başqa, həyat yoldaşının səhifəsinə baxış çox vaxt qısqanclıq və qalmaqallar ilə nəticələnib.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, araşdırmada təxminən 300 insan iştirak edib və onun əsasında məlum olub ki, "Facebook" istifadəçiləri çox vaxt şəbəkədə keçmiş həyat yoldaşlarını tapmağa çalışırlar ki, bu da etibarın itməsi ilə nəticələnir.

Psixoloqlar sosial şəbəkədən az istifadə etməyi və həyat yoldaşlarına daha çox diqqət ayırmağı məsləhət görürlər.

Emil Hüseynov




08/06/13    Çap et