Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çimərlikdə müasir səs sistemləri quraşdırılır


Azərbaycanın “ProAV” şirkəti “Amburan Beach Club”da səs sistemləri tətbiq edir. “Harmann” məhsullarının Azərbaycanda əsas distribüteri “ProAV” şirkətinin baş direktoru Elşən Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, yaxın zamanda “Amburan Beach Club”da “Harmann” şirkətinin səs sistemlərinin tətbiqi işləri başa çatacaq.

“Hazırda biz “Amburan Beach Club”da səs sistemlərinin quraşdırılması işlərini aparırıq. Yaxın 10-15 gün quraşdırma işlərinin başa çatması gözlənilir”,- deyə o bildirib.

Xatırladaq ki, “Amburan Beach Club” Bakının Bilgəh qəsəbəsində yerləşən əyləncə mərkəzlərindən biridir. Əyləncə mərkəzində mini-kinoteatr, karaoke klub və caz, pop və xalq mahnıları ifaçılarının çıxışları təqdim edilən restoran, bar və s. fəaliyyət göstərir.

Aynur Vəliyeva




10/06/13    Çap et