Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlı uşaqları övladlığa götürmək istəyən xarici vətəndaşlar artıq bu həftədən etibarən xüsusi elektron xidmətdən yararlana biləcəklər


Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu həftə iki yeni elektron xidmət təqdim edəcək.

Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu xidmətlər ölkədaxili və ölkələrarası övladlığa götürmə ilə bağlı məlumatların verilməsi və onlayn müraciətin edilməsini nəzərdə tutur.

“Xidmətlərin reqlamenti artıq təsdiq edilib. Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu xidməti üzrə hazırda tamamlama işləri aparılır və bu həftənin sonuna kimi artıq xarici vətəndaşlar övladlığa götürmə ilə bağlı müraciətlərini və sənədlərin skan edilmiş versiyalarını elektron formaya əlavə etmək üçün yükləyə biləcəklər. Ölkədaxili övladlığa götürmə ilə bağlı məlumatların verilməsi xidməti çərçivəsində elektron formada sənədlərin qəbulu ilə yanaşı, vətəndaşların kağız formada sənədlərinin təqdim edilməsi də mütləqdir”, - deyə komitədə bildiriblər.

Qeyd edək ki, komitənin saytı üzərində hazırda yenilənmə işləri aparılır və dizaynla yanaşı, saytın funksionalı və tərkibi də yenilənir.

Aynur Vəliyeva




10/06/13    Çap et