Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli sənayedə innovasiyaların səmərəli idarə edilməsi və tətbiqi məsələləri araşdırılır


AMEA-nın İqtisadiyyat İnstitutu hazırda bir çox layihələr üzərində işləyir. Bunlar müxtəlif istiqamətli tədqiqatlardır və kompleks səciyyə daşıyırlar.

Onların sırasında təbii ki, innovasiya prosesinin nəzəri və tətbiqi məsələlərinin öyrənilməsinə dair istiqamətlər də mövcuddur. Bu barədə "Rabitə dünyası"na AMEA-nın İqtisadiyyat İnstitutunun İnnovasiya menecmenti və inkişafı şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Emin Məmmədzadə məlumat verib.

Fəlsəfə doktorunun sözlərinə görə, konkret olaraq, institutda bu sahə ilə bağlı rəqabətqabiliyyətli iqtisadiyyatda milli innovasiya sisteminin qurulması və inkişafı problemləri, həmçinin yerli sənayedə innovasiyaların səmərəli idarə edilməsi və tətbiqi məsələləri öyrənilir.

HƏQİQƏT




12/06/13    Çap et