Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İntel” şirkəti “bulud” hesablamalarının inkişafına 50 milyon dollar ayıracaq


Amerikanın “İntel” şirkəti “bulud” hesablamaları və qurulan texnologiyaların inkişafına təxminən 50 milyon dollar ayıracaq. Pulun bir hissəsi, həmçinin kiçik Çin firmalarına dəstək üçün veriləcək. Bu barədə “CNET” nəşri məlumat yayıb. ABŞ-da Marneqi-Mellon Universiteti tabeliyində “İntel Labs” Elmi-texnologiya mərkəzinin xeyrinə 30 milyon dollar ayrılacaq. Bu mərkəz “bulud” hazırlamaları ilə məşğul olur.
Quraşdırılan cihazların “İntel” şirkəti tərəfindən ev, avtomobil və ticarət elektronikasında istifadə üçün hazırlandığı qeyd edilib. “İntel” şirkətinin məlumatına görə, belə həllərin tətbiqi informasiyanın yüksək səviyyədə toplanılması və analizinə imkan yaradacaq ki, bu da insanların gündəlik həyatını əhəmiyyətli dərəcədə yüngülləşdirəcək.




05/08/11    Çap et