Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” istifadəçiləri gün ərzində 27 milyard mesaj göndəriblər


Populyar "WhatsApp" mobil messencerinin tərtibatçıları yeni rekorda imza atıldığını elan ediblər. Belə ki, ötən gün ərzində istifadəçilər sözügedən proqram vasitəsilə 27 milyard mesaj ötürüblər.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, ekspertlərin son qiymətləndirməsinə əsasən, hazırda "WhatsApp" xidmətinin auditoriyası təxminən 200 milyon insan təşkil edir.

Emil Hüseynov




13/06/13    Çap et