Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stajçılar “Google” şirkətində nə qədər əməkhaqqı alırlar?


Stajçılar əmək bazarında çox hallarda aşağı əməkhaqqı alırlar. Əksər hallarda ciddi işlər onlara həvalə edilmir. Lakin "Google" şirkətində tamamilə başqa vəziyyətdir.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, "Glassdoor.com" saytının məlumatına əsasən, staj keçən proqramçı sözügedən şirkətdə aylıq 6,7 min dollardan çox, digər stajçılar isə orta hesabla 5,8 min dollar həcmində əməkhaqqı alırlar.

Bir qayda olaraq, stajçılar şirkətdə üç ay ərzində işləyirlər və bu müddət ərzində təxminən 20 min dollar əməkhaqqı alırlar.

Emil Hüseynov




14/06/13    Çap et