Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinq Xidməti İT təchizatı ilə bağlı tender elan edib


Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinq Xidməti informasiya texnologiyaları sahəsində xidmətlərin satın alınması məqsədi ilə tender elan edib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tender baş mühasibatlıq sisteminin təkmilləşdirilməsi və dəstəklənməsini, veb-saytın dəstəklənməsini, istifadə olunan proqram təminatlarının dəstəklənməsini və lisenziyaların uzadılmasını, İP-telefoniya sisteminə dəstək nəzərdə tutur. İddiaçı son bir il ərzində maliyyə vəziyyəti haqda bak arayışı, Bakı şəhərində servis xidmətlərinin mövcudluğunu təsdiq edən məlumat, dəstəklənmə xidmətlərinin göstərilməsi məqsədi ilə müvafiq avadanlıq və sistemlər üzrə iki sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiqləyən sənədin surəti, son iki ildə Mərkəzi Banka tələb olunan xidmətlərə oxşar xidmətlər, müştərilərin adları, telefon nömrələri, ünvanları haqda və s. məlumatları təqdim etməlidirlər. İddiaçı tender sənədlərini ən geci iyulun 8-i saat 10:00-dək, tender təkliflərini və bank zəmanətini iyulun 16-dək Maliyyə Monitorinq Xidmətinin inzibati binasına təqdim etməlidir.

Tenderdə iştirak haqqı 150 manat təşkil edir. Əlavə məlumatı 598-20-56 (220), 493-03-88 faks nömrəsinə müraciət edərək almaq olar.

Aynur Vəliyeva




14/06/13    Çap et