Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İkiaylıq abunə haqqını ödə, “SAZZ USB” modemini pulsuz əldə et!


"SAZZ İnternet" xüsusi kampaniya keçirir. "ICTnews" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, kampaniyanın şərtlərinə görə, 15-17 iyun tarixlərində 2 aylıq abunə haqqını ödəməklə USB modemi pulsuz əldə etmək mümkündür.

Xatırladaq ki, "SAZZ" Azərbaycanda "4G Mobile WiMAX" texnologiyası əsasında qurulmuş ilk və ən böyük simsiz internet şəbəkəsidir. Hazırda "SAZZ 4G" internet xidmətinin əhatə dairəsinə paytaxt Bakı, Sumqayıt, Xırdalan və Mingəçevir şəhərləri, habelə Abşeron yarımadasının qəsəbələri, o cümlədən, Mərdəkan, Şağan, Şüvəlan, Şimal DRES, Buzovna, Bilgəh, Nardaran, Novxanı, Goradil, Binəqədi, Mehdiabad, Saray, Sahil, Zabrat, Maştağa, Hövsan, Dübəndi, Suraxanı, Yeni Suraxanı və Binə qəsəbələri daxildir.

CAHANGİR




14/06/13    Çap et