Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bazara yeni antivirus çıxarılıb


"Beyszin çenbao" qəzeti yazıb ki, Çinin "Baidu" veb-saytı Rusiyanın "Kasperski Laboratoriyası" şirkəti ilə birgə antivirus buraxıb. "Rusiya tərəfi proqramın antivirus mühərrikini təşkil edib, şirkətimiz “bulud” hesablamaların təşkilini təmin edib və bir sıra başqa işlər həyata keçirib” – nəşr Çinin internetdə axtarış sisteminin nümayəndəsinin sözlərindən sitat gətirib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yerli kompüter ekspertləri hesab edirlər ki, "Baidu" antivirusu bu növ proqramlara xas zəruri funksiyaların dəstinə malikdir və buna görə də istifadəçiləri maraqlandıra bilər.

Hazırda yeni antivirus ödənişsiz yayılır.

Emil Hüseynov




19/06/13    Çap et