Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Netcraft”: Qlobal şəbəkədə 463 milyon sayt fəaliyyət göstərir


“Netcraft” analitik şirkəti bu gün internetdə fəaliyyət göstərən veb-saytların sayı haqqında avqust hesabatını dərc edib.
Şirkətin məlumatına əsasən, hazırda şəbəkədə 463 000 317 sayt və fərdi bloq fəaliyyət göstərir. Hesabatda bildirilir ki, “Softlayer”, “AmeriNOC”, “China Telecom” kimi iri internet-provayderləri və “Tumblr”, “Skyrock” və “Hyves” sosial saytları ay ərzində bazalarını xeyli genişləndiriblər.
Şirkət “Amazon Web Services”in xidmət göstərdiyi proyektlərin sayının artmasını və populyarlığını xüsusilə qeyd edib.




06/08/11    Çap et