Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kinotap”-ın “iOS” versiyası yenilənib



Yerli kinoteatrların seans cədvəlini təqdim edən "Kinotap.com" saytının "iOS" versiyası yeniləndi.
Qeyd edək ki, "Android" platformalar üçün nəzərdə tutulmuş versiyası iyunun əvvəlində yenilənmiş və müxtəlif xətaları aradan qaldırılmışdı.


"ICTnews.az" elektron xəbər xidməti "weboxu.com" saytına istinadən bildirir ki, "iOS" versiyasında da "update" ilə birgə müxtəlif yeniliklər var. Artıq "Kinotap"ı "iOS 6.0" istifadəçiləri də endirə biləcəklər. Bundan başqa "iPhone 5" istifadəçiləri üçün də müxtəlif ekran görüntülərinin keyfiyyəti daha da artırılıb.
Başqa bir yenilik isə hər iki tətbiqdə reklam yerləri əlavə olunub.

Emil Hüseynov




21/06/13    Çap et