Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlin əvvəlindən qeydiyyatdan keçmiş domenlərin sayı 3 mini ötüb


Azərbaycanın yuxarısəviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir.

“İCTnews” elektron xəbər xidməti “Whois.az” saytına istinadən xəbər verir ki, “.az” domen zonasında ilin əvvəlindən qeydiyyata düşən domenlərin sayı 3 mini ötüb.
Domenlərin böyük əksəriyyəti “.az” (16653) domeninin payına düşür. Həmçinin 705 ədəd “.com.az” domeni qeydiyyatdan keçib.

Sonrakı yerlər aşağıdakı kimidir:

1.pro.az   1
1.name.az  3
1.biz.az   11
1.info.az 23
1.co.az    39
1.pp.az    39
1.int.az    42
1.net.az   58
1.org.az   97
1.edu.az 169
 

“.mil.az”, “.samux.az”, “.zaqatala.az”, “.ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.

Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.

Emil Hüseynov
 
 
 




24/06/13    Çap et