Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreya prezidenti aparatının saytı haker hücumuna görə bloklanıb


Koreya Respublikası prezidenti katibliyinin veb-saytı bu gün haker hücumları nəticəsində əlçatmaz olub. “Renxap” agentliyinin yaydığı məlumata əsasən, hakerlər, həmçinin hökumətin siyasətinin əlaqələndirilməsi məsələlərinə nəzarət edən qurumun kompüter şəbəkələrinə müdaxilə ediblər.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Çxonvade"nin əsas səhifəsində yerləşdirilmiş məlumata əsasən, sayt texniki səbəblər üzündən müvəqqəti işləmir.

Emil Hüseynov





25/06/13    Çap et