Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ilk “LTE-Advanced” şəbəkəsi işə salınıb


Cənubi Koreyanın "SK Telecom" operatoru saniyədə 150 meqabitə qədər sürət təmin edən "LTE-Advanced" standartlı simsiz şəbəkənin istifadəyə verilməsini elan edib. "LTE-A" standartına uyğun ilk qurğu "Galaxy S4" smartfonunun xüsusi versiyası olub.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, yeni xidmət Seul, digər 42 şəhər və 103 universitetdə əlçatandır. Ənənəvi "LTE"-dən iki dəfə daha sürətli olan "LTE-Advanced" texnologiyası "SK Telecom" operatoruna dünyada ilk  olaraq smartfonlara "Full HD" videoyayımı həyata keçirməyə imkan verəcək.

Xatırladaq ki, "SK Telecom" baza stansiyalarının quraşdırılması ilə ötən  il məşğul olub. Provayder yüksək sürətə görə hələ ki əlavə haqq almır.

Emil Hüseynov




27/06/13    Çap et