Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8.1” “3D” printerlərini dəstəkləyəcək


San-Fransiskoda keçirilən "Microsoft Build" konfransında korporasiya bildirib ki, "Windows 8.1" dünyada ilk "3D" printerinin drayverlərini  dəstəkləyən əməliyyat sistemi olacaq.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, əməliyyat sistemində bununla yanaşı, "3D" printerləri üçün standart drayver modeli olacaq, həmçinin yeni qurğular üçün "API" olacaq.

"Bu, "3D" çapını peşəkarlar və adi istifadəçilər üçün daha sadə və əlçatımlı edəcək", - deyə şirkətdə bildiriblər.
Şirkətdə qeyd ediblər ki, hazırda "MakerBot" şirkəti ilə bu istiqamətdə işləyirlər.

Aynur Vəliyeva




27/06/13    Çap et