Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yandex” offlayn olub


“Yandex”in əsas səhifəsi bu gün istifadəçilərinin bir hissəsi üçün açılmayıb.

“ICTnews” xəbər xidmətinin “www.lenta.ru” saytına istinadən verdiyi məlumata əsasən, axtarış sisteminin açılmadığı haqda məlumatlar “Tvitter”də bir sıra ölkənin və şəhərin istifadəçiləri tərəfindən paylaşılıb.
Ehtimal edilir ki, nasazlıq Moskva vaxtı ilə saat 11:20-də baş verib və istifadəçilərin bir hissəsi üçün sayt açılır. Şirkətin mikrobloqunda resursun qismən əlçatmaz olduğu təsdiq edilir. “Yandex” bildirib ki, bu, “texniki məsələdir” və onun həlli ilə artıq mütəxəssislər məşğul olurlar.

İstifadəçilərin bir hissəsi bildiriblər ki, “Yandex”in işində nasazlıq, poçt ilə bağlı yeni servisin istismara buraxılması ilə eyni vaxt baş verib.

Qeyd edək ki, “Yandex”, “Alexa” reytinqinə əsasən, Runetin ən məşhur saytıdır. “Liveinternet”in məlumatına əsasən, resurs Runetin axtarış bazarının 61,5%-ni təşkil edir.

Aynur Vəliyeva




27/06/13    Çap et