Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti oyun konsolu hazırlayır


“Google” şirkəti ən böyük oyun konsolları istehsalçıları “Microsoft” və "Sony Corporation” şirkətlərinə rəqib olacaq. İnternet nəhəngi sözügedən qurğunun istifadəçilərinin auditoriyasının bir hissəsini özünə cəlb etmək niyyətindədir. Bu barədə dünən "The Wall Street Journal" qəzetinin xəbər xidməti məlumat yayıb.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sözügedən nəşrin mənbələrinin məlumatına əsasən, "Google" şirkəti artıq "Android" platforması ilə işləyəcək qurğu üzərində çalışır.

Emil Hüseynov




28/06/13    Çap et