Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil qurğular bazarının yüksək inkişaf mərhələsinə qədəm qoyması panellərin qıtlığına səbəb olacaq


Tayvanın "DigiTimes" informasiya portalı sahə üzrə ekspertlərə istinad edərək proqnozlaşdırır ki, 2013-cü ilin avqust və sentyabrında smartfon və planşetlərə tələbat kəskin artacaq. Bu, üçüncü rübdə panel bazarında böhran vəziyyəti yarada bilər – deyə "Truly Opto-electronics" şirkətinin baş meneceri Szyan Xua-Li deyib.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, bu tendensiya gələn ilin birinci yarısına qədər davam edə bilər, çünki həmin vaxtadək bir çox ucuz modellər smartfon bazarını dolduracaq. 2012-ci ildə sözügedən aparatların payı nəzərəçarpacaq dərəcədə artıb və 37% təşkil edib.

2013-cü ildə 400 milyon smartfonun istehsal ediləcəyi gözlənilir ki, bu da ötən illə müqayisədə 80% çoxdur.

Emil Hüseynov
 




28/06/13    Çap et