Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyada piratçılıqla mübarizə üçün xüsusi polis bölməsi yaradılacaq


Böyük Britaniyanın əqli mülkiyyət ofisi piratlarla mübarizə üçün xüsusi polis bölməsinin inkişafına 2 il ərzində 2,5 milyon funt-sterlinq ayıracaq. Sözügedən polis bölməsi artıq payızda öz işinə başlayacaq. Onun əsas hədəfi torrent-saytların dəstəklənməsi ilə məşğul olan təşkilat və istifadəçilər olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, 2010-cu ilə aid hesabata əsasən, qeyri-leqal proqram təminatı, musiqi və videoya görə 2015-ci ilədək 250 min britaniyalı işini itirə bilər, lakin piratçılıqla mübarizə üzrə xüsusi polis bölməsinin yaradılması belə vəziyyətin yaranmasının qarşısını alacaq.

Emil Hüseynov




29/06/13    Çap et