Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İl ərzində mobil trafikin həcmi 71% artıb


Ötən ildə "Opera" mobil brauzerlərinin istifadəçiləri tərəfindən işlədilən trafikin həcmi 71% artıb. Bundan başqa, tədqiqatçılar digər statistika da təqdim ediblər.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Opera Software" şirkətinin hesabatına əsasən, 2013-cü ilin mayında istifadəçilər 3,4 petabaytdan çox məlumat işlədiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 71% ötür.

"Opera Mini" brauzeri quraşdırılmış istifadəçi qurğularına göndərilməmişdən əvvəl məlumatlar "Opera Software" şirkətinə məxsus  serverlərdə sıxılır.

2013-cü ilin mayında "Opera Mini" istifadəçiləri 175 milyarddan çox səhifəyə baxıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 54% daha çoxdur.

Bu ilin mayında "Opera Mini", "Android" platformasında quraşdırılmış "Opera" və "Opera Mobile" brauzerlərinin istifadəçilərinin ümumi sayı 254 milyonu ötüb.

Emil Hüseynov




01/07/13    Çap et