Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

20 yaşlı “World Wide Web”


1991-ci il avqust ayının 6-sı tarixi Ümumdünya hörümçək torunun (World Wide Web) yaranma günü hesab edilir. Avropa Nüvə Tədqiqat Mərkəzinin (CERN) əməkdaşı, alim Tim Berners-Li informasiyanın internetdə hipermətn dili əsasında ötürülməsi təklifi ilə informasiyanın idarə edilməsi sisteminin rəhbəri Mayk Sendala müraciət edib. Sendalın təkliflə bağlı yazdığı fikir belə olub: "Qeyri-müəyyəndir, lakin maraqlıdır".
Tim Berners-Li sistemin işi üçün ilk qrafiki veb-səyyahda yaratdı və “httpd” (HyperText Transfer Protocol daemon) adını alan ilk serverin işini tənzimlədi. Məlumat üçün qeyd edək ki, ilk server “NeXT Computer” olub. O, Stiv Cobsun rəhbərlik etdiyi “Next” şirkəti tərəfindən yaradılıb.
“http://info.cern.ch/” ilk fəaliyyət göstərən veb-sayt olub. Sayt avqust ayının 6-da fəaliyyətə başlayıb və saytda “World Wide Web”, səyyahlar və serverlərin qurulması haqqında ümumi məlumatlar yerləşdirilib. Daha sonra resursda Ümumdünya şəbəkəsində olan digər saytların siyahısı da yerləşdirilib.


www.3dnews.ru




08/08/11    Çap et