Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” şirkəti lazımsız servislərini bağlayıb


Amerikanın “Yahoo!” şirkəti bir sıra “lazımsız” və populyar olmayan servislərini bağlayıb. “Yahoo!” şirkəti internet veteranlarının “Google” və ”Yandex” yaradılmadan öncə istifadə etdikləri ilk axtarış maşını olan əfsanəvi “AltaVista” axtarış servisini bağlayıb.

Rəsmi olaraq servis iyulun 8-dən fəaliyyətini dayandıracaq. Bununla yanaşı, “Yahoo!” bir sıra populyar olmayan və istifadəçilərin bəlkə də adlarını belə eşitmədikləri servislərin fəaliyyətini dayandıracaq. Bu günədək artıq bağlanan və bağlanması gözlənilən servislər arasında “Yahoo! WebPlayer”, “Yahoo! Browser Plus”, “FoxyTunes”, “Yahoo! RSS Alerts” və digər layihələri qeyd etmək olar.

Onların arasında bir il bundan öncə istifadəyə verilən “Yahoo! Axis”i qeyd etmək olar. Bu, geniş axtarış imkanlarını, əlfəclərin və digər məlumatların istifadəçinin müxtəlif qurğuları arasında sinxronlaşdırılması imkanlarını təqdim edən, brauzerlər üzərində servis-üstqurumudur.

Aynur Vəliyeva




01/07/13    Çap et