Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BTRİB Qobustanda yeni CDMA baza stansiyası qurub



Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Bakı şəhərinin ətraf ərazilərində CDMA xidmətinin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir.

Bu barədə "İCTnews"-a birliyin CDMA xidməti şöbəsinin rəisi Murad Cəbrayılov bildirib. Onun sözlərinə görə, Bakı və ətraf qəsəbələrdə aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq  Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni baza stansiyası qurulub. Şöbə rəisi əlavə etdi ki,  nəzərdə tutulan avadanlıqlar "Huawei" şirkətindən alınıb və artıq CDMA stansiyasında 20 min nömrəyə çatdırılıb.

   Qeyd edək ki, BTRİB 511 və 555 indeksasiyası ilə CDMA xidmətləri göstərir. "Aztelekom"İB ilə BTRİB arasında rouminq hesabına hər iki birliyin CDMA abunəçiləri ölkənin istənilən regionunda öz telefonundan istifadə edə bilər.

RƏVAN




02/07/13    Çap et