Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın Milli Prosessinq Mərkəzi “Millikart” təhlükəsizlik sistemini gücləndirib


Azərbaycanın Milli Prosessinq Mərkəzi “Millikart” Skandinaviyanın “Tieto” şirkətinin “Card Suite Fraud Management” həllinin tətbiqi ilə təhlükəsizlik sistemini gücləndirib.

Bu proqram “MilliKart”a ödəniş kartları vasitəsilə aparılan əməliyyatların təhlükəsizliyini təmin etmək və fırıldaqçılardan qorunmaq üçün nəzərdə tutulub. Proqram fırıldaqçılığın onlayn rejimində qarşısını almağa və oflayn rejimində aşkar etməyə imkan verir. Bu, kart sahiblərinin və ticarət nöqtələrinin şübhəli fəaliyyətindən proaktiv mühafizə və müvafiq nəzarət vasitəsilə təmin edilir. Proqram eyni zamanda elektron ticarət sahəsində fırıldaqçılığın qarşısını almaqda effektiv işləyir.

Layihə çərçivəsində “Tieto”nun mütəxəssisləri “MilliKart Group”un işçiləri üçün məsləhətləşmələr və təlimlər keçirib.

“Card Suite Fraud Management” yeni fırıldaqçılıq  növlərini, yeni qaydaların tətbiqi və mövcud qaydaların dəyişdirilməsi vasitəsilə müəyyən edir və onlara uyğunlaşır. Proqram avtomatlaşdırılmış nəzarəti dəstəkləyir, bu da resursların effektivliyinə və optimallaşdırılmasına gətirib çıxarır.
Güclü “Rule Engine” təşkilatlara qaydaları biznesin xüsusiyyətinə uyğunlaşdırmağa  imkan verir. Beləliklə, informasiya texnologiyalarının bilməsinə ehtiyac qalmır, statistik məlumatın toplanması və ssenarilərin yoxlanması kifayət edir.

“Fraud Management” vasitəsilə “MilliKart Group” artıq nəinki beynəlxalq ödəniş sistemlərinin tələblərini yerinə yetirə bilir, o, həm də özünü maliyyə və imic itkilərindən qoruya bilir, bu da öz növbəsində kart istifadəçilərinin prosessinq mərkəzinə loyallığına təsir edəcək.

Aynur Vəliyeva




03/07/13    Çap et