Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Veb-texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək


İyulun 6-da Xəzər Universitetində Gürcüstan Universitetinin "UG-Group"u və Azərbaycanın "İlk Addımlar" təhsil portalının təşkilatçılığı ilə "Veb-texnologiyalar" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Xəzər Universitetindən verilən məlumatda bildirilir ki, ikigünlük konfransda "Oracle", "Microsoft", "Softline", "ITDC" kimi dünyanın ən qabaqcıl şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

RƏVAN




04/07/13    Çap et