Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər virtual pul kisəsi oğurladı



“Eset” antivirus şirkəti bu gün “Bitcoin”dən əmələ gələn “Litecoin” virtual valyutasının oğurlanmasına yönəldilmiş  qeyri-məlum ziyanverici kodu aşkar etdiyini elan edib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, ziyanverici kod təkcə “Windows”a yoluxur və “Litecoin”i idarə edən proqramlarda saxlanılmaq üçün istifadə edilən “wallet.dat” rəqəmli pul kisələri oğurlamağa cəhd edirlər.

"Ziyanverici proqram hazırda o qədər də geniş yayılmayıb, lakin “Litecoin”in populyarlığı və onun istifadəçi bazası artdıqca o, hücum edənlərin hədəfinə çevrilə bilər", - deyə “Eset”in antivirus mütəxəssisi Robert Lipovski bildirib.

Onun sözlərinə əsasən, ziyanverici kod pul kisəsinin faylını hücum edənlərin nəzarəti altında olan kənar serverə göndərir.

Hazırda “Litecoin”lə işləmək üçün nəzərdə tutulmuş əsas proqram, pul kisələrinin şifrələnməsi funksiyasına malik olan “Litecoin-Qt”dir. Beləliklə, hücum edənin, oğurlanmış pul kisəsi ilə işləmək üçün,  istənilən halda parolu olmalıdır.


Aynur Vəliyeva




04/07/13    Çap et