Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pakistanda “YouTube” hələ də bağlıdır



Pakistan məhkəməsi “YouTube” portalının ölkədə nizam-intizama mənfi təsir göstərdiyinə görə  bağlı qalması haqda qərar qəbul edib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, Pakistanda “YouTube” portalına qadağa ötən ilin sentyabrında, Məhəmməd peyğəmbəri arzuedilməz şəkildə təqdim edən “Müsəlmanların isməti” videoçarxı yerləşdirildikdən bu vaxta qədər qüvvədədi.
Pakistanın telekommunikasiya operatoru URL səviyyəsində bu portalı bloklayıb, çünki bunu ayrı-ayrı videokliplərə qarşı tətbiq etmək mümkün deyil.

Pakistanın “Bytes For All” qeyri-hökumət təşkilatı buna qarşı etirazla çıxış edib və tələb edib ki, təkcə bu kontent yerləşdirilən 700-800 müəyyən edilmiş ünvanlar bloklaşdırılsın və selektiv filtrlər istifadə edilsin.
Təşkilat öz etirazını, tələbələrin onlara tələb olunan kontentə çıxmaq imkanının məhdudlaşması, ölkənin beynəlxalq aləmdə imicinə mənfi təsirinə, ölkənin və cəmiyyətin  ümumi inkişafını ləngitməsi ilə əsaslandırıb.
Xatırladaq ki, ötən il “Google” şirkəti Səudiyyə Ərəbistanı və Hindistan kimi ölkələrin sorğularına regional selektiv bloklar tətbiq edib.

Bir ay bundan öncə isə “The Times of India” Pakistan hakimiyyətinin “Google” şirkətinin bütün resurslarına çıxışı bağlamaq niyyətində olduğunu bildirib.

Pakistanın İT və telekommunikasiya naziri Anuş Rəhman Xan bəyan edib ki, “Google” problemə öz baxışlarını dəyişməsə, Pakistan onun bütün servislərinə çıxışı bağlamaq məcburiyyətində qalacaq.
"Bizim işimiz internetin və bütün servislərin normal işini təmin etməkdədir, lakin bu ölkədə qəbul edilmiş etik və əxlaqi normalara ziddirsə,  biz bütün servisləri bağlayacağıq, hətta bunun üçün əlavə sərmayə qoymaq lazım gəlsə belə”,- deyə o bildirib.

Aynur Vəliyeva





06/07/13    Çap et