Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhsil Nazirliyi “Facebook” və “Twitter”də



“Facebook” (http://www.facebook.com/tehsil.gov.az) və “Twitter” (https://twitter.com/tehsilgovaz) sosial şəbəkələrində Təhsil Nazirliyinin rəsmi səhifələri yaradılıb.

“ICTnews” elektron xəbər xidmətinin TN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin fəaliyyəti ilə bağlı yeni məlumatları istifadəçilər bu səhifələrdən də əldə edə bilərlər: “Yalnız yuxarıda qeyd olunan  ünvanlar Təhsil Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələridir”.

Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsində nazirliyin rəhbər şəxsləri tərəfindən ayda bir dəfə vətəndaşların təhsillə bağlı suallarının cavablandırılması nəzərdə tutulur. Vətəndaşlardan xahiş olunur ki, təhsil sahəsi ilə bağlı sualları ilk növbədə nazirliyin rəsmi elektron poçt ünvanlarına (office@edu.gov.az, qaynar-xett@edu.gov.az) göndərsinlər.

Qeyd edək ki, Təhsil Nazirliyinin rəsmi internet saytında nazirliyin “Facebook” və “Twitter” sosial şəbəkələrindəki rəsmi səhifələrinə keçidlər yerləşdirilib.

CAHANGİR




08/07/13    Çap et