Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Simsiz internet operatoru filtrasiyadan keçmiş internet paketi istifadəyə verib



Artıq valideynlər məktəbyaşlı uşaqları, yeniyetmələr üçün filtrasiyadan keçmiş internet paketini əldə edə biləcəklər.

“ICTnews” elektron xəbər xidmətinin verdiyi məlumata görə, bu gündən etibarən “SAZZ İnternet”  simsiz internet operatoru filtrlənmiş təhlükəsiz internet paketi istifadəyə verib. Beləliklə, pornoqrafiyanı, zorakılığı, terrorizm və ekstremizmi, ədəbsiz leksikonu təbliğ edən kontentdən təmizlənmiş internet istifadəçilərin ixtiyarına verilib.

Qeyd edək ki, aylıq abunə haqqı 25 manat təşkil edir.

CAHANGİR




08/07/13    Çap et