Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cihazların ekranları mikrob əleyhinə şüşə ilə təchiz ediləcək



“Gorilla Glass” şüşəsinin istehsalçısı “Corning” şirkəti mobil cihazlar üçün bakterisid tozlanma ilə təchiz edilmiş yeni örtük təqdim edib. 2010-cu ildə keçirilmiş tədqiqatın nəticəsinə əsasən, orta statistik istifadəçinin smartfonundakı bakteriyalar ictimai ayaqyolunun unitazındakı çənbərlə müqayisədə heç də az deyil.

Yeni mikrob əleyhinə texnologiyanın yayılması bu vəziyyəti dəyişdirməlidir.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, yeni bakterisid şüşə “Corning” şirkətinin vitse-prezidenti Cef Evenson tərəfindən təqdim edilib. O qeyd edib ki, şüşədə tozlanma, hətta antibiotiklərə davamlı bakteriya və virusları məhv edir. Əvvəlcə texnologiya tibb sahəsində tətbiq üçün hazırlanmış, lakin şirkət onun cihazların istehsalında əvəzsiz olacağı qərarına gəlib.

Sınaqlar zamanı qurğunun effektivliyi sübut edilib. İki saat ərzində bakterisid şüşənin səthi tamamilə mikroorqanizmlərdən təmizlənib. Evenson söz verib ki, yaxın iki il ərzində yeni şüşə ilə təchiz edilmiş qurğular təqdim ediləcək.

Emil Hüseynov
 




10/07/13    Çap et