Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstehsalçılar 2014-cü ildə 3 QHs-lik ARM prosessor istehsal etmək niyyətindədirlər



Tayvanın "TSMC" şirkəti və Amerikanın "GlobalFoundries" şirkəti 2014-cü ildə 20 nanometrlik texnoloji prosesin tətbiqi ilə "ARM" prosessorların istehsalını yaratmaq niyyətindədirlər. Bu, çiplərin effektivliyini artırmağa imkan verəcək: enerji sərfiyyatı orta hesabla 25% azalacaq, məhsuldarlıq 30% artaraq təxminən 3 QHs takt tezliyinə çatacaq.

"ICTnews.az" elektron xəbər xidməti bildirir ki, 20 nm-lik texnoloji proses çiplərdə qrafikanın emalına cavabdehlik daşıyan xeyli sayda tranzistor yerləşdirməyə imkan verəcək. Beləliklə, istehsalçılar yaxın gələcəkdə bazarda avtonom iş müddəti artırılmış daha məhsuldar mobil qurğuları təqdim edəcəklər.

Emil Hüseynov
 




10/07/13    Çap et