Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində internet istifadəçilərinin sayı 591 milyon olub


Bu ilin iyun ayına olan məlumata əsasən, Çində internet istifadəçilərinin sayı 591 milyon olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 26,56 milyon çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, internetə mobil telefonlar ilə daxil olan istifadəçilərin sayı 464 milyon təşkil edir.

"Çində internetin inkişafı vəziyyəti haqqında statistik məlumat"da deyilir ki, iyunun sonuna olan məlumata görə, Çində "IPv4" ünvanlarının sayı 331 milyon olub. "IPv6" ünvanlarına malik şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5% artıb. Çin bu göstərici üzrə dünyada ikinci yerdə qərarlaşıb.

Emil Hüseynov
 
 




18/07/13    Çap et