Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS” platforması üçün “WhatsApp” messenceri 1 il müddətinə ödənişsiz olacaq



“iOS” platforması üçün “WhatsApp” messenceri 2.10.1 versiyasınadək yenilənib və ödənişsiz yayılmağa başlanıb. Həmçinin indi kiməsə bir mesajda eyni anda bir neçə fotoşəkil göndərmək mümkündür, yazışma loqlarını "bulud” “iCloud” xidmətində saxlamaq olar.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, hazırda messencerin “iOS” platforması üçün tətbiqi ödənişsizdir. Yeni istifadəçilər bir il ərzində “WhatsApp” messencerindən istifadəyə görə heç bir ödəniş etməyəcəklər, bundan sonra 1 dollara abunə olmaq lazım gələcək.
Hazırda “WhatsApp” messencerinin auditoriyası 250 milyon təşkil edir.

Emil Hüseynov
 
 
 




18/07/13    Çap et