Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt”un daha 11 filialında “Zolotaya Korona” beynəlxalq pulköçürmələri sistemi istifadəyə verilib



Azərbaycanın milli poçt operatoru  "Zolotaya Korona" beynəlxalq pulköçürmələri sistemi üzrə fəaliyyətini genişləndirir.

 "Azərpoçt" MMC-dən verilən məlumata görə, milli poçt operatorunun daha 11 filialında "Zolotaya Korona" beynəlxalq pulköçürmələri fəaliyyətə başlayıb: "Artıq "Azərpoçt" MMC-nin Gəncə, Tovuz RPF, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Samux, Qazax, Gədəbəy, Ağstafa, Şəmkir PF-lərin poçt şöbələrində də əhaliyə "Zolotoya Korona" sistemi üzərindən xidmət göstərmək mümkündür".

CAHANGİR




22/07/13    Çap et