Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BBM” messenceri bu ilin sentyabrından “Android” platformasında işləyəcək



“BlackBerry” şirkətinin nümayəndələri bəyan ediblər ki, “BBM” messencerinin “Android” versiyası artıq sentyabrda istifadəyə veriləcək.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, proqram “Android” mobil əməliyyat sisteminin özəllikləri ilə bağlı orijinalla müqayisədə bəzi dəyişikliklərə uğrayacaq, lakin son istifadəçilər üçün onun funksionallığı dəyişməz olaraq qalacaq.

Emil Hüseynov




22/07/13    Çap et