Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola” smartfonlar xəttini yeniləyib



“Motorola” şirkəti iyulun 23-də “Droid” xəttindən olan 3 yeni smartfon - “Ultra”, “Maxx” və “Mini” modellərini təqdim edib. Qeyd olunan aparatların hamısı “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
“Droid Ultra“nın özünəməxsusluğu nazik korpus (qurğunun qalınlığı 7,18 mm) ilə təchiz olunmasındadır. “Droid Maxx” batareyasız 48 saatadək işləməsi ilə seçilir, “Mini” isə kompakt ölçülərə malik olması ilə diqqəti cəlb edir. Bu barədə şirkət nümayəndələri bildiriblər. “Droid Ultra” və “Droid Maxx” modellərinin ekran diaqonalı 5 düym, “Droid Mini”nin 4,3 düym təşkil edir.

Bundan başqa, hər üç aparatda səkkiznüvəli “Motorola X8” platformasından istifadə olunduğu məlumdur. Platformanın tərkibinə iki hesablayıcı və dörd qrafik nüvə daxildir. Daha iki nüvə hesablayıcı və adi dilin emalı funksiyasını daşıyır.

Smartfonlar 2012-ci ildə buraxılan “Droid RAZR” xəttindən olan smartfonları əvəzləyəcək. “Motorola” nümayəndələri qeyd ediblər ki, yeni qurğular prosessorun gücünə (24 faiz) və qrafik məhsuldarlığına (100 faiz) görə əvvəlki modelləri üstələyir.

Satışlarına avqustda başlanacaq smartfonlar ABŞ-da “Verizon” mobil operatoru ilə müqavilə əsasında satılacaq. “Droid Mini”nin qiyməti 99 dollar, “Droid Ultra” 199 dollar, “Droid Maxx” 299 dollar təşkil edəcək.  
Qeyd edək ki, “Motorola Mobility” 2012-ci ildən “Google” şirkətinə məxsus olsa da, birləşdikdən sonra rəhbərliyini və brendini qoruyub saxlaya bilib,- “Lenta www.lenta.ru” yazır. 
 




24/07/13    Çap et