Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Finlandiyada sifət tanınması funksiyasını dəstəkləyən ödəniş sistemi yaradılıb


Finlandiyanın “Uniqul” şirkətinin mütəxəssisləri maliyyə əməliyyatları zamanı təhlükəsizliyin gücləndirilməsi üçün orijinal üsul təklif ediblər. Bank kartları üçün hansısa əlavə mühafizə sistemlərinin işlənib hazırlanması əvəzinə, onlar hər bir istifadəçini sifətdən tanıyan yeni ödəniş sistemi yaradıblar.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Uniqul” sistemi ilə xüsusi terminallar üzərindən işləmək olar. Onlar xüsusi kameralarla təchiz edilib, yaxınlaşmış insanın üzünü çəkərək onu verilənlər bazasındakı fotoşəkillə müqayisə edirlər. Beləliklə, istifadəçi tərəfindən çağırılan maliyyə əməliyyatı yalnız terminal insanı “tanıdığı” halda həyata keçirilir. Qeyd edək ki, "tanıma" prosesi cəmisi təxminən 5 saniyə davam edir.

“Uniqul” sistemli ilk ödəniş terminalları bu il sınaqdan keçirilməyə başlanacaq. Helsinki şəhərinin sakinləri birinci olaraq yeni sistemdən istifadə edəcəklər.

Emil Hüseynov





25/07/13    Çap et