Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yandex”in yaradıcısı İlya Seqaloviç dünyasını dəyişib



"Yandex" axtarış sisteminin  həmyaradıcılarından biri və texniki direktoru İlya Seqaloviç dünyasını dəyişib.
"ICTnews" xəbər xidmətinin "www.cnews.ru" saytına istinadən verdiyi məlumata əsasən, İlya Seqaloviç iyulun 25-də 48 yaşında xərçəng xəstəliyinin qəflətən ağırlaşması nəticəsində vəfat edib.

İlya Seqaloviç və onun həyat yoldaşı Mariya xəstə və fiziki qüsurlu uşaqlara qəyyumluq edən "Deti Mariyi" xeyriyyə cəmiyyətinin yaradıcıları olublar.

Aynur Vəliyeva

 




25/07/13    Çap et